Yuxarı
    Bağlamaq

    Azərbaycan xaricə pulköçürmə qaydalarını dəyişib

    Bir iş günü ərzində fiziki şəxslər 1 000 dollar, ay ərzində isə 10 000 dollar pul köçürə biləcəklər

    Bakı. 7 dekabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) "Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları"nı təsdiq edib. 

    "Report" AMB-yə istinadən xəbər verir ki, ölkənin tədiyyə balansında valyuta kəsirinin azaldılması və valyuta nəzarətinin effektivliyinin artırılması məqsədi ilə Mərkəzi Bankın İdarə Heyəti 27 may 2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin valyuta əməliyyatlarının rejimi haqqında Qaydalar” və bu Qaydalara 28 iyun 2004-cü il tarixli dəyişikliklər, 3 noyabr 2004-cü il tarixli dəyişikliklər, 21 iyun 2007-ci il tarixli dəyişikliklər, 27 sentyabr 2008-ci il tarixli dəyişikliklər, 20 noyabr 2009-cu il tarixli dəyişikliklər, 15 aprel 2010-cu il tarixli dəyişikliklər ləğv edilməsi barədə qərar qəbul edib.

    Yeni qaydalara əsasən, bank hesabı açılmadan Azərbaycan daxilində və ölkədən kənara xarici valyutada pul köçürmələri yalnız rezident və qeyri-rezident fiziki şəxslər tərəfindən aparıla bilər. Rezident və qeyri-rezident hüquqi şəxslər tərəfindən bank hesabı açılmadan xarici valyutada pul köçürməsi əməliyyatlarının aparılmasına yol verilmir.

    Rezident və qeyri-rezident fiziki şəxsin xeyrinə bank hesabı açılmadan pul köçürməsi əməliyyatları üzrə daxil olan vəsait bank tərəfindən məhdudiyyət olmadan qəbul edilir və ödənilir. Köçürülmüş xarici vаlyutа vəsaitləri vəsaiti alana nağd şəkildə verilir və ya onun tapşırığı ilə bаnk hеsаbınа köçürülür.

    Rеzidеnt və qeyri-rezident fiziki şəxs Azərbaycandan kənara bank hеsаbı аçmаdаn хаrici vаlyutа vəsаitlərini bir əməliyyаt günü ərzində 1 000 АBŞ dоllаrı, ay ərzində isə 10 000 dоllаr еkvivаlentinədək məbləğdə köçürə bilər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi