Yuxarı

​Azərbaycan və SECO gələcək əməkdaşlıq imkanlarını müzakirə edib

Maliyyə Bazarlarına Nəzarət Palatasında SECO-nun nümayəndə heyəti ilə görüş keçirilib

Bakı. 5 aprel. REPORT.AZ/ Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasında İsveçrə İqtisadi Əməkdaşlıq üzrə Dövlət Katibliyinin (SECO) Cənubi Qafqaz üzrə regional direktorunun müavini Simona Haberlinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

"Report"un Palataya istinadən verdiyi xəbərə görə, Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədri Rüfət Aslanlı görüş iştirakçılarına SECO ilə gələcək əməkdaşlıq istiqamətləri barədə məlumat verib. Sədr maliyyə sektoru ilə bağlı ortamüddətli strategiyanın hazırlanması və bu sektorun əhəmiyyətli təhlili ilə bağlı görüləcək işlər, həmçinin bu proseslərə SECO və İsveçrə maliyyə bazarlarına nəzarət orqanının cəlb olunması ilə əlaqədar məsələlər barədə fikir bildirib.

SECO-nun Cənubi Qafqaz üzrə regional direktorunun müavini S.Haberli təmsil etdiyi qurumla Azərbaycan arasında iqtisadi və maliyyə sahəsində qarşılıqlı əməkdaşlıqdan danışaraq, Maliyyə Bazarlarına Nəzarət Palatasının Avropa təcrübəsinə əsaslanaraq, qabaqcıl beynəlxalq standartlara uyğun səmərəli fəaliyyət göstərəcəyinə əminliyini ifadə edib.

Görüşdə iki qurum arasında əlaqələrin inkişaf perspektivləri, əməkdaşlığın gələcək potensial sahələri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi