Azərbaycan və Rusiya Hesablama palataları arasında büdcə vəsaitlərinin auditi üzrə təcrübə mübadiləsi aparılıb

Azərbaycan və Rusiya Hesablama palataları arasında büdcə vəsaitlərinin auditi üzrə təcrübə mübadiləsi aparılıb Bakı. 21 fevral. REPORT.AZ/ Bu gün Azərbaycan və Rusiya Hesablama palataları arasında ikitərəfli əməkdaşlıq çərçivəsində sosial təminat üzrə ödənişləri həyata keçirən fondların auditi, eləcə də tibb, təhsil, mədəniyyət, kinematoqrafiya və tibbi sığorta sahələrinə ayrılmış büdcə vəsaitlərinin auditi üzrə təcrübə mübadiləsi aparılıb. 
Maliyyə
21 Fevral , 2018 10:32
Azərbaycan və Rusiya Hesablama palataları arasında büdcə vəsaitlərinin auditi üzrə təcrübə mübadiləsi aparılıb
Report

Bakı. 21 fevral. REPORT.AZ/ Bu gün Azərbaycan və Rusiya Hesablama palataları arasında ikitərəfli əməkdaşlıq çərçivəsində sosial təminat üzrə ödənişləri həyata keçirən fondların auditi, eləcə də tibb, təhsil, mədəniyyət, kinematoqrafiya və tibbi sığorta sahələrinə ayrılmış büdcə vəsaitlərinin auditi üzrə təcrübə mübadiləsi aparılıb. 

"Report" xəbər verir ki, Azərbaycan Hesablama Palatasının auditoru Mehriban Alışanova ölkədə aparılan audit tədbirləri haqqında məlumat verib.

Rusiya nümayəndə heyətinin rəhbəri Olqa Samarina isə Azərbaycanla əməkdaşlıq etməkdə maraqlı olduqlarını qeyd edib.

Qeyd edək ki, fevralın 20-21-də Bakıda “Ali maliyyə nəzarəti orqanlarının fəaliyyətində səmərəliliyin qiymətləndirilməsi təcrübəsində keyfiyyət göstəricilərinin əhəmiyyəti” mövzusunda seminar keçirilib. 2017-ci il sentyabr ayının 5-6-da Bakı şəhərində keçirilmiş MDB ölkələri ali maliyyə nəzarəti orqanlarının rəhbərləri Şurasının XVII sessiyasında qəbul olunmuş İş Planına əsasən, Azərbaycan Hesablama Palatasının sədrliyi ilə iki gün davam edən seminarda Rusiya Hesablama Palatası, Belarus Dövlət Nəzarət Komitəsi, Qazaxıstanın büdcəsinin icrasına nəzarət üzrə Hesablama Komitəsi, Qırğızıstan Hesablama Palatasının nümayəndə heyətləri iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi