Azərbaycan və Polşanın ali audit qurumları arasında əməkdaşlıq haqqında saziş imzalanıb

Azərbaycan və Polşanın ali audit qurumları arasında əməkdaşlıq haqqında saziş imzalanıb Bakı. 7 sentyabr. REPORT.AZ/ Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə nümayəndə heyəti Polşa Ali Audit Ofisinin prezidenti Kristof Kviatkovskinin dəvəti ilə Polşada səfərdə olub.
Maliyyə
7 Sentyabr , 2018 15:10
Azərbaycan və Polşanın ali audit qurumları arasında əməkdaşlıq haqqında saziş imzalanıb

Bakı. 7 sentyabr. REPORT.AZ/ Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə nümayəndə heyəti Polşa Ali Audit Ofisinin prezidenti Kristof Kviatkovskinin dəvəti ilə Polşada səfərdə olub.

“Report”un Palataya istinadən verdiyi xəbərə görə, görüş tərəflər arasında əməkdaşlığın daha da gücləndirilməsi məqsədini daşıyıb.

Keçirilən görüşdə hər iki qurumun gələcək fəaliyyət perspektivləri, qarşılıqlı əməkdaşlıq istiqamətləri, eyni zamanda təcrübə mübadiləsi ilə bağlı məsələlər barədə danışılıb, müzakirələr, əsasən, ali audit qurumlarının fəaliyyətində audit prosesinin elektronlaşdırılması, Azərbaycanın Hesablama Palatasının İnstitusional və Administrativ Potensialının Gücləndirilməsi üzrə Tvininq Layihəsinin həyata keçirilməsində nailiyyətlər və qarşıda duran vəzifələr məsələləri ətrafında keçirilib. Tərəflər həmçinin beynəlxalq standartlara və xüsusilə INTOSAI təşkilatının standartlar çərçivəsinə əsaslanaraq maliyyə auditinin aparılması üzrə hər iki qurumda toplanmış təcrübə, mövcud prosedurlardakı fərqlər və oxşarlıqlar ilə bağlı fikir mübadiləsi aparıblar.

Mövcud Tvininq layihəsi ilə əhatə olunmayan fəaliyyət istiqamətlərini həyata keçirmək, layihədən sonra qurulmuş möhkəm əməkdaşlıq ənənəsini davam etdirmək və gücləndirmək məqsədilə səfər zamanı Azərbaycan Respublikası Hesablama Palatası və Polşa Ali Audit Ofisi arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

Son xəbərlər

Orphus sistemi