Yuxarı

Azərbaycan və İtaliyanın ali audit qurumları əməkdaşlıq perspektivlərini müzakirə edib

İtaliya Hesablama Məhkəməsinin prezidenti iki ölkə arasında bu sahədə əməkdaşlığı yüksək qiymətləndirib

Bakı. 6 aprel. REPORT.AZ/ Azərbaycan Hesablama Palatasının sədri Vüqar Gülməmmədov İtaliya Hesablama Məhkəməsinin prezidenti Rafael Squitterini qəbul edib. “Report”un Palatadan əldə etdiyi məlumata görə, R.Squitterini EUROSAI-ın Fəlakətlərə və qəzalara ayrılmış vəsaitlərin auditi üzrə İşçi Qrupunun aprelin 6-7-də Hesablama Palatasının ev sahibliyi və Ukrayna Hesablama Palatasının sədrliyi ilə Bakıda keçiriləcək II toplantısında iştirak etmək üçün Azərbaycana gəlib.

İtaliya Hesablama Məhkəməsinin prezidenti iki ölkənin ali audit qurumları arasında əməkdaşlığı yüksək qiymətləndirib.

Daha sonra Azərbaycan Hesablama Palatası və İtaliya Hesablama Məhkəməsi arasında ikitərəfli əməkdaşlığın gələcək istiqamətləri ilə bağlı müzakirələr aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi