Yuxarı

Azərbaycan və Gürcüstanın "Green Card"a qoşulması həll olunub

Green Card Sığorta Bürosu: Ermənistan və Qazaxıstan isə hələ də tərəddüd edir

Bakı. 3 iyul. REPORT.AZ/ Cənubi Qafqaz və Xəzər regionunda Azərbaycan və Gürcüstanın "Green Card" sığorta sisteminə qoşulması ilə bağlı məsələlər demək olar ki, tam həll edilib. "Report" xəbər verir ki, bunu "Green Card" Sığorta Bürosunun Fransa nümayəndəliyinin rəhbəri Xavyer Legendre deyib: "Ermənistan və Qazaxıstan isə hələ də tərəddüd edir".

Onun sözlərinə görə, "Green Card" sisteminə qoşulan bəzi ölkələr arasında hələ də anlaşılmazlıq var: "Məsələn, Almaniyada avtomobil qəzaları ilə bağlı iki fikir var. Yəni, bu hadisə həm könüllü ola bilər, həm də təbii. Amma Fransada könüllü hadisəni qəbul etmirlər. Ona görə də "Green Card"la sığortalanmış Fransa vətəndaşı Almaniyada hadisə ilə üzləşərsə mütləq ödəniş edilməlidir. Məhz bu baxımdan bəzi anlaşılmazlıqlar var".

X.Legendre, həmçinin "Green Card"ın şərtlərindən də danışıb: "Öncə onu deyim ki, bu sığorta minimum 15 gün qüvvədə olmalıdır və bunun üçün üzv ölkələr məsuliyyət daşıyır. Bürolar arasında yazışmalar yalnız faks və e-meyl vasitəsi ilə olmalıdır. Həmçinin, "Green Card"ın eyniləşdirilməsi sistemi var. Burada onun nömrəsi, çap edən büronun adı göstərilir. Eyniləşdirməni təsdiq etmək üçün göndərilən sorğu 6 həftə ərzində cavablandırılmazsa, bu, avtomatik onun təsdiq edilməsi anlamına gəlir".

Fransalı qonaq, həmçinin büroların gəlir və ödəmə şərtlərini də açıqlayıb. Onun sözlərinə görə, sığortanın 15%-i xidmət haqqı üçün tutulur: "Burada xidmət haqqı kimi 15% tutulur, hansı ki, onun məbləği 200-3 500 avro arasında dəyişir. Büro kompensasiyanı ödəmək üçün hansısa sənədlər tələb edə bilər. Mütləqdir ki, bu sənədlər iki ay ərzində Büroya çatdırılsın. Gecikdirilən sənədlərə görə 12% və ya daha çox cərimə tətbiq edilə bilər".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi