Yuxarı
    Bağlamaq

    Azərbaycan, Türkiyə və Gürcüstan üçtərəfli ticarət dövriyyəsini 20 mlrd. dollara çatdırmaq niyyətindədir

    İstanbulda Türkiyə-Azərbaycan-Gürcüstan V biznes forumu keçirilib

    Tbilisi. 18 fevral. REPORT.AZ/ Türkiyə, Azərbaycan və Gürcüstan üçtərəfli ticarət dövriyyəsini 20 milyard dollar səviyyəsinə qaldırmaq niyyətindədir.

    “Report”un Gürcüstan bürosu yerli mətbuata istinadən xəbər verir ki, bunu Türkiyənin iqtisadiyyat nazirinin müavini Fateh Mətin deyib.

    Nazir müavini, üç ölkənin yaxın vaxtlarda bu məqsədə çatacağına ümidvar olduğunu bildirib.

    Onun sözlərinə görə, hər üç ölkənin iş adamlarının görüşü iqtisadi, ticarət əlaqələrinin inkişafına yeni təkan verəcək. Bu həm də mədəni və sosial sahədə inkişafa xidmət edəcək.

    Fateh Mətin bildirib ki, İstanbulda keçirilən Türkiyə-Azərbaycan-Gürcüstan V biznes forumun mövcud problemlərin aradan qalxmasında mühüm rol oynayaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi