Yuxarı
    Bağlamaq

    ​Azərbaycan STAR neft emal zavodundan ildə 600 mln. dollar qazanacaq

    Zavoda ümumilikdə 5,65 mlrd. dollar həcmində investisiya yatırılıb

    Bakı. 1 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədə inşa etdiyi STAR neft emalı zavodu ildə 600 mln. ABŞ dolları gəlir əldə edəcək. 

    “Report”un əldə etdiyi məlumata görə, müəssisə 2018-ci ildə istismara veriləcək.

    Məlumata görə, STAR-ın işə düşməsi ilə Türkiyənin neft-kimya sektorunun xaricdən asılılığı sona çatacaq və rəsmi Ankara hər il 1,2 mlrd. dollar həcmində valyutaya qənaət edəcək. STAR Türkiyənin tədiyyə balansının kəsirinin 3,5%-ni qarşılayacaq.

    Qeyd edək ki, STAR-a 5,65 mlrd. dollar həcmində investisiya qoyulub və bu, Türkiyə tarixində ən böyük layihə maliyyələşməsi hesab edilir.

    Zavodun tikintisinə 14 ölkədən 1 972-si mühəndis olmaqla 12 min işçi cəlb olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi