Azərbaycan sığortaçıları “İnvestisiya qaydaları”nı müzakirə ediblər

Azərbaycan sığortaçıları “İnvestisiya qaydaları”nı müzakirə ediblər Bakı. 25 may. REPORT.AZ/ Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə “Sığortaçıların investisiya qaydaları” layihəsinin müzakirəsi keçirilib.
Maliyyə
25 May , 2018 09:20
Azərbaycan sığortaçıları “İnvestisiya qaydaları”nı müzakirə ediblər

Bakı. 25 may. REPORT.AZ/ Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə “Sığortaçıların investisiya qaydaları” layihəsinin müzakirəsi keçirilib. 

"Report" ASA-ya istinadən xəbər verir ki, qurumun sədri Mustafa Abbasbəyli, “Azsığorta” ASC-nin İdarə Heyətinin (İH) sədri Anar Talıbov, “Atəşgah Həyat Sığorta” ASC-nin İH-nin sədri Azər Əliyev, “Bakı Sığorta” ASC-nin İH-nin sədri Ramin Məmmədov, “Qala Həyat Sığorta” ASC-nin baş direktoru Aydın Rəhmanov, “Atəşgah Sığorta” ASC-nin İH-nin sədr müavini Hidayət Əzimov, ”A-Qrup Sığorta” ASC-nin İH-nin sədr müavini Orxan Əfəndi, “Atasığorta” ASC-nin İH-nin sədr müavini Zəfər Muxtarov, “PAŞA Sığorta” ASC-nin İH-nin üzvü Murad Süleymanov, və sığorta və təkrarsığorta şirkətlərinin department rəhbərləri, həmçinin, sahə üzrə məsul şəxslərin iştirakı ilə geniş tərkibli görüş təşkil olunub. 

Görüşdə “İnvestisiya qaydaları” layihəsi sığortaçıların geniş müzakirəsinə səbəb olub. Onlar mövzu ilə bağlı daha əvvəl keçirilmiş görüşdə irəli sürülən təkliflər barədə fikir mübadiləsi aparıb, həmçinin, qəbul edilməyən təkliflərlə bağlı daha güclü əsaslandırma və arqument irəli sürməyin zəruriliyini qeyd ediblər. Eyni zamanda, layihədə sığortaçılar üçün ziddiyyətli və mübahisəli hesab olunan hallar barədə müzakirələr aparılıb və bu kimi hallarla bağlı əlavə və düzəlişlər təklif edilib.

Görüşün yekununda mövzu ilə əlaqədar müvafiq orqanla görüş keçirilməsinin vacibliyi vurğulanıb və “Sığortaçıların investisiya qaydaları” layihəsinə dair irəli sürülən təkliflərin toplanaraq müvafiq orqana göndərilməsi qərara alınıb. 

Son xəbərlər

Orphus sistemi