​Azərbaycan Sığortaçılar Assosiasiyası ilə IFC arasında saziş imzalanacaq

​Azərbaycan Sığortaçılar Assosiasiyası ilə IFC arasında saziş imzalanacaq IFC Assosiasiyaya kənd təsərrüfatı sığortası ilə bağlı texniki dəstək verəcək
Maliyyə
18 May , 2015 11:08
​Azərbaycan Sığortaçılar Assosiasiyası ilə IFC arasında saziş imzalanacaq

Bakı. 18 may. REPORT.AZ/ Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) ilə IFC (Beynəlxalq Maliyyə Korporasiyası) arasında kənd təsərrüfatı sığortasında texniki dəstəklə bağlı saziş imzalanacaq. "Report" xəbər verir ki, bu barədə ASA-nın sədri Orxan Bayramov məlumat verib.

O.Bayramov bildirib ki, kənd təsərrüfatı sığortası ilə bağlı ASA ilə IFC arasında görüş keçirilib: "Görüşdə kənd təsərrüfatı sahəsi üztə texniki dəstəyin göstərilməsi məsələsini müzakirə etmişik. Bu, hazırlıq mərhələsidir. Kənd təsərrüfatı sahəsində ekspertlər olmalıdır və buna görə, ekspertlərin formalaşdırılması məsələsini müzakirə edirik. Bu, qanunvericilik qəbul olunmadan əvvəl formalaşdırılmalıdır".

ASA rəhbəri qeyd edib ki, ekspertlərin yetişdirəcəyi potensial mütəxəssislər Gəncə Aqrar Universitetinin məzunları, tələbələri ola bilər. Onun sözlərinə görə, ekspertlər IFC tərəfindən müəyyən ediləcək, onlar hansı nümunəni götürsələr o, həyata keçiriləcək.

O.Bayramov bildirib ki, IFC ilə müvafiq sazişin iyul ayında keçiriləcək sığorta forumundan sonra imzalanması gözlənilir: "İyulun 2-3-də Bakıda VI sığorta forumu keçiriləcək. Saziş həmin forumdan sonra imzalanacaq. Forumda 5 əsas mövzu - regionda böhran zamanı yeni sığorta məhsullarının yaradılması, əmlak sığortası o cümlədən, kənd təsərrüfatı sığortası, təkrar sığorta, avtomobil sığortası və həyat sığortası növləri müzakirə olunacaq".

Son xəbərlər

Orphus sistemi