Azərbaycan Sığorta Təlim Mərkəzi fevralda fəaliyyətə başlayacaq

Azərbaycan Sığorta Təlim Mərkəzi fevralda fəaliyyətə başlayacaq Azərbaycan Sığortaçılar Assosiasiyası Müşahidə Şurasının iclasında sığorta agentlərinin "qara siyahı"sının hazırlanması məsələsi müzakirə olunub
Maliyyə
15 Yanvar , 2015 15:41
Azərbaycan Sığorta Təlim Mərkəzi fevralda fəaliyyətə başlayacaq

Bakı. 15 yanvar. REPORT.AZ/ Azərbaycanda yeni yaradılan Sığorta Təlim Mərkəzi fevral ayında fəaliyyətə başlayacaq. "Report"un verdiyi xəbərə görə, Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) Müşahidə Şurasının iclasında bu qərara gəlinib.

İclasda 2014-cü ildə ASA-nın gördüyü işlər, həmçinin 2015-ci ildə görüləcək işlərin planı müzakirə olunub. Bununla yanaşı, tədbirdə ASA-nın 2014-cü il büdcəsi ilə bağlı hesabatı verilib və 2015-ci ilin büdcəsi ilə bağlı müzakirələr aparılıb. İclasda 2014-cü ildə sığorta sahəsi üzrə qanunveriliciyə edilən əlavə və dəyişikliklər, həmçinin 2015-ci ildə nəzərdə tutulan əlavə və dəyişikliklər müzakirə edilib.

Həmçinin assosiasiyaya yeni üzvlərin (hüquqi şəxs olan sığorta brokerlərinin) cəlb edilməsi, agentlərin "qara siyahı"sının hazırlanması kimi məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, iclasda VI Azərbaycan Beynəlxalq Sığorta Forumunun və Baden-Badendə ənənəvi olaraq keçirilən sığorta və təkrar sığorta həftəsində "Azərbaycan gecəsinin" təşkili məsələləri müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi