Yuxarı
    Bağlamaq

    ​Azərbaycan sığorta bazarının 81%-i könüllü formalaşıb

    Könüllü sığorta xidmətlərinə maraq 8% azalıb, icbari sığorta bazarı isə təxminən 2 dəfə genişlənib

    Bakı. 24 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında Azərbaycanda sığorta haqlarının 80,9%-i və yaxud 50,9 mln. manatı könüllü sığorta növlərinin payına düşüb. "Report"un Azərbaycan Sığortaçılar Assosiasiyasına (ASA) istinadən verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,8% azdır.

    İcbarı sığorta növlərində yığımlar isə 12 mln. manat və yaxud bazarın 19,1%-ni təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə icbari sığorta bazarı təxminən 2 dəfə genişlənib.

    Yanvarda ümumi ödənişlərin 73,1%-i və yaxud 7,5 mln. manatı könüllü sığorta növlərinin payına düşüb. Könüllü sığorta ödənişləri ötən ilin eyni dövrünə nisbətən 32,9% artıb.

    İcbarı sığorta növləri üzrə ödənişlər isə 2,8 mln. manat və yaxud ümumi bazarın 26,9%-ni təşkil edib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 15,7% çoxdur.

    Hesabat dövründə könüllü sığortadan toplanılmış hər 100 manat sığorta haqqı müqabilində 14,8 manat ödəniş həyata keçirilib. Bu, 2014-cü ilin eyni dövrünə nisbətən 43,7% çoxdur. İcbarı sığorta üzrə toplanmış hər 100 manat üzrə ödəniş isə 42,5% azalaraq 23,1 manata düşüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi