Yuxarı

Azərbaycan sığorta bazarında yeni investisiya alətlərinin tətbiqi müzakirə olunur

Azərbaycan Sığortaçılar Assosiasiyasında EBRD-nin ekspertləri ilə görüş keçirilib

Bakı. 30 yanvar. REPORT.AZ/ Azərbaycan Sığortaçılar Assosiasiyasında (ASA) Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) nümaynədələri ilə görüş keçirilib.

"Report"un verdiyi xəbərə görə, görüşdə ASA-nın sədri Orxan Bayramov və EBRD-nin yerli valyuta və kapital bazarlarının inkişafı üzrə baş meneceri Metyu Saal və maliyyə-kapital bazarları üzrə məsləhətçisi Mark Makkarti iştirak ediblər.

Görüşdə Azərbaycanın sığorta bazarındakı vəziyyət, burada baş verən proseslər, tətbiq edilən yeniliklər və bazarın inkişaf perspektivləri diqqət mərkəzində olub. Tərəflər sığorta sahəsində investisiya mühitinin yaradılması üçün görülən işlər, həyat və qeyri-həyat sığortası sahəsində investisiya imkanları, eləcə də sığorta bazarında investisiya üçün yeni alətlərin tətbiqi barədə müzakirələr aparıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi