"Azərbaycan Sənaye Sığorta" yığım və ödənişlərini açıqlayıb

"Azərbaycan Sənaye Sığorta" yığım və ödənişlərini açıqlayıb Bakı. 15 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında “Azərbaycan Sənaye Sığorta” ASC-nin (ASS) yığımları 153 454 manat təşkil edib. Şirkətdən “Report”...
Maliyyə
15 Fevral , 2017 12:45
Azərbaycan Sənaye Sığorta yığım və ödənişlərini açıqlayıb

Bakı. 15 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında “Azərbaycan Sənaye Sığorta” ASC-nin (ASS) yığımları 153 454 manat təşkil edib. Şirkətdən “Report”a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 39,43% azdır.

Hesabat dövründə ASS-nin ödənişləri də azalıb. Belə ki, Şirkət ay ərzində 62 652 manat ödəniş edib. Bu isə 1 il əvvələ nisbətən 75,89% azdır.

2017-ci ilin yanvar ayında ASS topladığı hər 100 manat sığorta haqqının 40,83 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2016-cı ilin yanvar ayında 102,59% olub. Başqa sözlə, şirkətin ödənişləri yığımlarını 2,59% üstələyib.

Xatırladaq ki, ASS 2008-ci ildə yaradılıb, 1996-cı ildən sığorta bazarına daxil olmuş "Cİ Sığorta" MMC-nin hüquqi varisidir. Onun nizamanmə kapitalı 11 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 2 200 manat olan 5 000 səhm əsasında formalaşıb. Səhmlərin 75%-i “Anadolu İnvestment Kompani” MMC-yə, 25%-i isə "Azərbaycan Sənaye Bankı" ASC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi