"Azərbaycan Sənaye Sığorta"nın aktivləri cüzi artıb

"Azərbaycan Sənaye Sığorta"nın aktivləri cüzi artıb Bakı. 3 aprel. REPORT.AZ/ "Azərbaycan Sənaye Sığorta" ASC-nin (ASS) cəmi aktivləri bu il yanvarın 1-nə 22,929 mln. manat təşkil edib. "Report" şirk...
Maliyyə
3 Aprel , 2017 09:35
Azərbaycan Sənaye Sığortanın aktivləri cüzi artıb

Bakı. 3 aprel. REPORT.AZ/ "Azərbaycan Sənaye Sığorta" ASC-nin (ASS) cəmi aktivləri bu il yanvarın 1-nə 22,929 mln. manat təşkil edib. "Report" şirkətin mühasibat balansına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 1,3% çoxdur.

2016-cı ildə ASS-nin uzunmüddətli aktivləri 10,1% artaraq 3,755 mln. manat, qısamüddətli aktivləri isə 0,3% azalaraq 19,174 mln. manat olub.

Hesabat dövründə Şirkətin cəmi öhdəlikləri 15,6% azalaraq 6,348 mln. manat, o cümlədən uzunmüddətli öhdəlikləri 22,7% azalaraq 5,491 mln. manat, qısamüddətli öhdəlikləri isə 2,1 dəfə artaraq 0,857 mln. manat olub. Ötən il sığortaçının cəmi kapitalı isə 9,6% artaraq 16,581 mln. manata çatıb.

2016-cı ildə ASS-nin cəmi gəlirləri 10,702 mln. manat (2015-ci ilə nisbətən 45,6% az), cəmi xərcləri 8,543 mln. manat (33,4% az) təşkil edib. Son nəticədə şirkətin maliyyə mənfəəti 2,159 mln. manat olub ki, bu da illik müqayisədə 68,4% azdır.

ASS ötən il əvvəlki illə müqayisədə 63,8% az - 424 min manat mənfəət vergisi ödəyib və 2016-cı ili 1,735 mln. manat xalis mənfəətlə başa vurub. Bu isə 2015-ci illə müqayisədə 69,3% azdır. 

Xatırladaq ki, ASS 2008-ci ildə yaradılıb, 1996-cı ildən sığorta bazarına daxil olmuş "Cİ Sığorta" MMC-nin hüquqi varisidir. Onun nizamanmə kapitalı 11 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 2 200 manat olan 5 000 səhm əsasında formalaşıb. Səhmlərin 75%-i “Anadolu İnvestment Kompani” MMC-yə, 25%-i isə "Azərbaycan Sənaye Bankı" ASC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi