"Azərbaycan Sənaye Bankı" ötən ilin maliyyə nəticələrini açıqlayıb

"Azərbaycan Sənaye Bankı" ötən ilin maliyyə nəticələrini açıqlayıb Bakı. 17 yanvar. REPORT.AZ/ Azərbaycan Sənaye Bankı ASC-nin (ASB) cəmi aktivləri illik müqayisədə 13% azalaraq bu il yanvarın 1-nə 822 312 min manat təşkil edib.
Maliyyə
17 Yanvar , 2019 11:22
Azərbaycan Sənaye Bankı ötən ilin maliyyə nəticələrini açıqlayıb

Bakı. 17 yanvar. REPORT.AZ/ "Azərbaycan Sənaye Bankı" ASC-nin (ASB) cəmi aktivləri illik müqayisədə 13% azalaraq bu il yanvarın 1-nə 822 312 min manat təşkil edib.

“Report” bu barədə Bankın illik maliyyə hesabatına istinadən xəbər verir.

Bu müddətdə müştərilərə verilən kreditlərin həcmi (kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat çıxılmaqla) illik 4,1% azalaraq ötən ilin sonuna 279 767 min manat olub.

Bankın cəmi öhdəlikləri illik müqayisədə 14,6% azalaraq 730 282 min manata, o cümlədən depozit portfeli (banklar və digər maliyyə institutları istisna olmaqla) 11,2% azalaraq 558 360 min manata enib. 2019-ci il yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) banka qarşı tələbi olmayıb. 

Bu ilin əvvəlinə bankın nizamnamə kapitalı 60 mln. manat, cəmi kapitalı isə 92 030 min manat təşkil edib.

Bank ötən il ərzində 3 946 min manat xalis mənfəət əldə edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,4% azdır. 2018-ci ildə bankın faiz gəlirləri 24 888 min manat, qeyri-faiz gəlirləri 2 698 min manat, faiz xərcləri 13 350 mni manat, qeyri-faiz xərcləri 12 445 min manat olub. 

Son xəbərlər

Orphus sistemi