"Azərbaycan Sənaye Bankı" bu ilin ilk 9 ayını 5 mln. manata yaxın xalis mənfəətlə başa vurub

"Azərbaycan Sənaye Bankı" bu ilin ilk 9 ayını 5 mln. manata yaxın xalis mənfəətlə başa vurub Bakı. 11 oktyabr. REPORT.AZ/
Maliyyə
11 Oktyabr , 2017 14:35
Azərbaycan Sənaye Bankı bu ilin ilk 9 ayını 5 mln. manata yaxın xalis mənfəətlə başa vurub

Bakı. 11 oktyabr. REPORT.AZ/ “Azərbaycan Sənaye Bankı” ASC-nin aktivləri illik müqayisədə 48% artaraq 2017-ci il oktyabrın 1-nə 941,870 mln. manata çatıb. Kredit portfeli də bu müddətdə 34% artaraq 303,227 mln. manata yüksəlib.

“Report” bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Bakın öhdəlikləri hesabat dövründə 54% artaraq oktyabrın 1-nə 851,807 mln. manat, o cümlədən depozit portfeli 66% artaraq 609,545 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankının banka qarşı tələbləri dəyişməz qalıb - 10 mln. manat. Nizamnamə kapitalı sabit qalaraq 60 mln. manat, cəmi kapitalı 7,5% artaraq 90,063 mln. manat olub.

“Azərbaycan Sənaye Bankı” bu ilk ilk 9 ayı ərzində 4,619 mln. manat xalis mənfəət əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 23% azalma deməkdir.

Son xəbərlər

Orphus sistemi