Yuxarı
    Bağlamaq

    Azərbaycan qlobal rəqabət reytinqində 2 pillə yüksəlib

    Maliyyə problemləri rəqabəti məhdudlaşdıran amillər arasında ilk sıradadır

    Bakı. 27 sentyabr. REPORT.AZ/ Azərbaycan Dünya İqtisadi Forumun (WEF) "2017-2018 Qlobal Rəqabət İndeksi" reytinqində 2 pillə yüksələrək 35-ci sırada qərarlaşıb. "Report" xəbər verir ki, hesabatda bildirilir ki, Azərbaycan budəfəki indeksi 4,7 bənd təşkil edib.

    Hesabatda 137 ölkə iştirak edib və ilk iki sıranı 5,9 bəndlə İsveçrə və ABŞ, üçüncü sıranı isə 5,7 bəndlə Sinqapur tutub.

    Qeyd edək ki, Azərbaycan rəqabət qabiliyyətliliyinə görə 2017-2018-ci il hesabatında MDB ölkələri arasında lider ölkədir. Reytinqdə Rusiya 38-ci, Qazaxıstan 57-ci, Gürcüstan 67-ci, Ermənistan 73-cü sırada yer alıb. Türkiyə isə 53-cü sırada qərarlaşıb.

    Hesabatda bildirilir ki, Azərbaycanda biznesin qurulması üçün ən problemli amillər arasında maliyyə resurslarına çıxış (16,5 bənd), xarici valyutanın tənzimlənməsi (14,8 bənd), vergi tənzimləmələri (11,5 bənd), inflyasiya (10,4 bənd) qeyd olunub.

    Müsbət amillərə isə kriminal vəziyyətin sabitliyi (3,9 bənd), hökumət sabitliyi (2,6 bənd), saəhiyyə (2,5 bənd), əmək bazarının tənzimləməsi (2,4 bənd), siyasi stabillik (1,7 bənd) və innovasiyalara çıxış (0,3 bənd) aiddir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi