Azərbaycan ötən il kənd təsərrüfatı istehsalıçılarına 180 mln. manat yardım edib

Azərbaycan ötən il kənd təsərrüfatı istehsalıçılarına 180 mln. manat yardım edib Artur Rasi-zadə: "Dünya bazarında karbohidrogen qiymətlərinin kəskin düşməsi ölkənin ixrac gəlirlərinin xeyli azalmasına gətirib çıxarıb"
Maliyyə
17 Mart , 2017 12:33
Azərbaycan ötən il kənd təsərrüfatı istehsalıçılarına 180 mln. manat yardım edib

Bakı. 17 mart. REPORT.AZ/ Azərbaycanda 2016-cı il ərzində kənd təsərrüfatı istehsalıçılarına ümumilikdə 180 mln. manatdan artıq yardım edilib.

"Report"un verdiyi xəbərə görə, bu barədə baş nazir Artur Rasi-zadə hökumətin ötən ilin hesabatının parlamentdə təqdimatında bildirib: "Sahibkarlıq obyektləri ilə dövlət arasında əlaqələr yaxşılaşdırılıb. Lisenziya tələb edən fəaliyyət növlərinin sayı azaldılıb və bəzi lisenziyaların müddətsiz verilməsi təmin edilib. Sahibkarlara 190 mln. manat güzəştli kredit verilib". 

"Ənənəvi kənd təsərrüfatı sahəsində atılan addımlar ilkin nəticələrini verib. Pambıq istehsalı 2,5 dəfə artıb. 18 min hektarda fındıqçılıq sahəsi salınıb. Kənd təsərrüfatı məhsullarının ixracının 20%-dən çox artaraq 400 mln. dollar təşkil etməsi təmin olunub", - deyə baş nazir əlavə edib.

A.Rasi-zadə qeyd edib ki, hesabat ilində neft-qaz sahəsində də inkişaf davam etdirilib, qazlaşdırma səviyyəsi 90%-ə çatdırılıb: "2016-cı ildə dövlət büdcəsinin gəlirlərinin icrası təmin edilib. Büdcənin sosialyönümlü olması orta aylıq əmək haqqı və pensiyaların artmasına zəmin yaradıb". 

Hökumət başçısı bildirib ki, 2016-cı ildə Azərbaycanın maliyyə-bank sektorunda mövcud olan çətinliklər onu mürəkkəb il kimi xarakterizə etməyə əsas verir: "Dünya bazarında karbohidrogen resurslarının qiymətlərinin kəskin aşağı düşməsi ölkənin ixrac gəlirlərinin xeyli azalmasına gətirib çıxarıb".

Baş nazir bildirib ki, bir sıra bankların qeyri-qənaətbəxş işləməsi, ölkənin sistem əhəmiyyətli Beynəlxalq Bankının rəhbərliyinin cinayətkar fəaliyyəti durumu daha da ağırlaşdırıb: “Vəziyyəti nəzərə alan dövlət başçısı maliyyə sektorunda dövlət idarəçiliyinin təkmilləşdirilməsi və makroiqtisadi dayanıqlığın təmin edilməsi məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatası və Maliyyə Sabitliyi Şurası yaradıb. Ölkə iqtisadiyyatındakı mövcud problemlər Maliyyə Sabitliyi Şurasında araşdırılaraq onların həllinə yönəldilmiş tədbirlər planı hazırlanıb və aidiyyəti dövlət orqanları tərəfindən icrasına başlanılıb”.

A.Rasi-zadə həmçinin qeyd edib ki, ötən il baş verən hərbi əməliyyatlar işğal olunan torpaqların azad edilməsində sülh yolundan başqa, hərb yolunun da mövcud olduğunu, əsgərlərin qələbə əzmini bir daha göstərib.

Son xəbərlər

Orphus sistemi