Azərbaycan Mərkəzi Ticarət Sisteminin istifadəyə verilməsi əməliyyat məsrəflərini 2 dəfə azaldıb

Azərbaycan Mərkəzi Ticarət Sisteminin istifadəyə verilməsi əməliyyat məsrəflərini 2 dəfə azaldıb Bakı. 29 noyabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Ticarət Sisteminin (CETA) istifadəyə verilməsi nəticəsində əməliyyat məsrəfləri 2 dəfəyədək azalıb.
Maliyyə
29 Noyabr , 2017 16:58
Azərbaycan Mərkəzi Ticarət Sisteminin istifadəyə verilməsi əməliyyat məsrəflərini 2 dəfə azaldıb
Report/ Elshan Baba

Bakı. 29 noyabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Ticarət Sisteminin (CETA) istifadəyə verilməsi nəticəsində əməliyyat məsrəfləri 2 dəfəyədək azalıb.

Bu barədə “Report”a Bakı Fond Birjası (BFB) İdarə Heyətinin sədri Vüqar Namazov məlumat verib.

“Kapital bazarında texnologiya ilə bağlı nailiyyətlərin bir qismi onun sayəsindədir. Platforma imkan verir ki, bazar iştirakçıları əməliyyatlarını daha tez, sürətli, effektiv, daha az xərclərlə aparsınlar. Platformanın tətbiqi nəticəsində əməliyyat məsrəfləri 2 dəfəyə yaxın azalıb", - deyə V.Namazov qeyd edib.

"Həmçinin bu, Koreya sistemi bizə imkan verib ki, yeni alətlərin tətbiqinə başlaya bilək. Hazırda yeni texnologiya üzərində işləyirik ki, müştərilər öz mobil telefonlarından ticarət apara bilsinlər. Birinci mərhələdə kapital bazarı iştirakçıları arasında avtomatlaşmaya nail olmuşuq. İkinci mərhələdə isə artıq avtomatlaşmanı müştərinin qapılarına gətirib çıxarmaq istəyirik ki, müştəri öz mobil telefonundan fond bazarında olan alətləri alıb-sata, yaxud da fond bazarındakı qiymətləri izləyə bilsin”, - deyə BFB başçısı əlavə edib.

Qeyd edək ki, BFB-nin Ticarət Sisteminin daxil olduğu Azərbaycan Mərkəzi Ticarət Sistemi (CETA) 2016-cı ildə “Azərbaycan kapital bazarlarının müasirləşdirilməsi Layihəsi" çərçivəsində Koreya Birjasının ticarət platformaları əsasında yaradılıb.

Son xəbərlər

Orphus sistemi