Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarının azalması davam edir

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarının azalması davam edir Son bir ildə isə AMB-nin valyuta ehtiyatları 11% artıb
Maliyyə
4 Noyabr , 2014 13:31
Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarının azalması davam edir

Bakı. 4 noyabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatlarının həcmi 2014-cü il noyabrın 1-nə 15,034 mlrd. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin noyabrın 1-nə nisbətən 1,450 mlrd. dollar və ya 10,7% çoxdur. “Report”un xəbər verdiyi kimi, bu barədə AMB-nin hesabında deyilir.

Bu ilin yanvar-oktyabr aylarında AMB-nin rəsmi valyuta ehtiyatları 882 mln. dollar və ya 6,2% artıb, lakin oktyabr ayında ardıcıl ikinci ay azalma baş verib. Azalma 8 mln. dollar və ya 0,05% təşkil edib:

Göründüyü kimi, AMB-nin valyuta ehtiyatlarının artım tempi kəskin azalıb. Belə ki, ötən il artım 21% təşkil edib ki, bu da öz növbəsində 2012-ci ildəki artımla müqayisədə 9,4 faiz bəndi çoxdur.

Son xəbərlər

Orphus sistemi