Yuxarı

​Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları martda 14% azalıb

İllik müqayisədə isə AMB-nin valyuta ehtiyatlarının həcmi 36% azalıb

Bakı. 13 aprel. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 2015-ci ilin mart ayında 1 532,3 mln. ABŞ dolları və ya 13,9% azalıb. Nəticədə valyuta ehtiyatlarının həcmi aprelin 1-i vəziyyətinə 9 472,1 mln. dollar təşkil edib.

"Report"un AMB-yə istinadən verdiyi xəbərə görə, cari ilin əvvəli ilə müqayisədə valyuta ehtiyatları 4 286,2 mln. dollar və ya 31,1% azalıb.

Qeyd edək ki, 2014-cü il martın sonuna ehtiyatlar 14 715,7 mln. dollar həcmində olub. Yəni son bir il ərzində AMB-nin valyuta ehtiyatları 5 243,6 mln. dollar və ya 35,6% azalıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi