Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları bir qədər də artıb

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları bir qədər də artıb Bu rəqəm iyulun 1-nə 4 964,1 mln. ABŞ dolları təşkil edib
Maliyyə
4 İyul , 2017 16:55
Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları bir qədər də artıb
Report

Bakı. 4 iyul. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları bu il iyulun 1-nə 4 964,1 mln. ABŞ dolları təşkil edib.

“Report” AMB-yə istinadən xəbər verir ki, bu, iyunun 1-i ilə müqayisədə 138,7 mln. dollar və yaxud 2,9% çoxdur.

İlin əvvəlinə nisbətən qurumun valyuta ehtiyatları 989,7 mln. dollar və yaxud 24,9%, son 1 ildə isə 680,2 mln. dollar və yaxud 15,9% artıb. 

Son xəbərlər

Orphus sistemi