Yuxarı
    Bağlamaq

    ​Azərbaycan Mərkəzi Bankının sədri özünə daha bir müşavir təyin edib

    Bu vəzifəyə Əliyar Məmmədyarov təyin olunub

    Bakı. 2 iyun. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankında (AMB) yeni təyinat olub. 

    "Report"un əldə etdiyi məlumata görə, AMB sədri Elman Rüstəmov Əliyar Məmmədyarovu özünə müşavir təyin edib.

    AMB sədrinin digər müşaviri isə Abdulla Məlikaslanovdur.

    Qeyd edək ki, Ə.Məmmədyarov bundan əvvəl AMB-nin ləğv edilmiş Kredit təşkilatlarının fəaliyyətinə Nəzarət Departamentinin direktoru olub. Departamentin ləğvinə səbəb isə onun funksiyalarının Maliyyə Bazarlarına Nəzarət Palatasına keçməsidir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi