Bakı. 11 iyun. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) kommersiya banklarına qarşı olan tələbi 2015-ci il mayın 1-nə 2 266,4 mln. manat təşkil edib. Bu, aprelin 1-i ilə müqayisədə 177 mln. manat və ya 8,5% çoxdur. Cari ilin əvvəli ilə müqayisədə isə bu göstərici üzrə artım 784,1 mln. manat və ya 52,9% olub.
Bu barədə "Report"a AMB-dən məlumat verilib.
Qeyd edək ki, kommersiya banklarının xalis xarici aktivləri bu ilin aprelin 1-i ilə müqayisədə 669,2 mln. manat və ya 23,6% artaraq 2 169,1 mln. manat təşkil edib. Yəni, banklar xarici öhdəliklərini azaldıb.