​Azərbaycan Mərkəzi Bankı yeni devalvasiyaya start verib - TƏHLİL

​Azərbaycan Mərkəzi Bankı yeni devalvasiyaya start verib - TƏHLİL AMB manatın yumşaq devalvasiyasına başlayıb
Maliyyə
7 Aprel , 2015 09:59
​Azərbaycan Mərkəzi Bankı yeni devalvasiyaya start verib - TƏHLİL

Bakı. 7 aprel. REPORT.AZ/ Azərbaycan Mərkəz Bankı (AMB) bu gün ABŞ dollarının rəsmi məzənnəsini birdən-birə hər 100 dollara 9 qəpik bahalaşdıraraq 1,0487 AZN səviyyəsindən 1,0496 AZN-ə qədər artırıb. Bu, fevralın 21-də həyata keçirilən devalvasiyadan sonra dolların milli valyutaya qarşı ən ciddi möhkəmlənməsidir.

"Report"un analitik qrupu AMB-nin bu qərarını yumşaq devalvasiyanın ilk addımı kimi qiymətləndirir. Nəticədə, qarşıdakı günlərdə manatın dəyərinin düşməsi prosesinin davam edəcəyi gözlənilir.

"Report" dünya bazarında neftin bahalaşdığı bir dövrdə Mərkəzi Bankın bu addımını zamansız sayır: "Bu gün yumşaq devalvasiya neftin qiymətinin artmağa başladığı bir zamanda baş verir. Yəni, neftin qiyməti müəyyən müddət yüksəldikdən sonra yenidən ucuzlaşmağa başladıqda, devalvasiyanın üçüncü mərhələsinin şahidi olacağıq. Bunun isə ölkə iqtisadiyyatı üçün ümumən təsiri mənfi olacaq". 

Son xəbərlər

Orphus sistemi