Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsinə yenidən baxa bilər

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsinə yenidən baxa bilər Qurumun departament direktoru uçot dərəcəsinin bir qədər də azaldılacağını istisna etmir
Maliyyə
1 Mart , 2018 16:52
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsinə yenidən baxa bilər
Report

Bakı. 1 mart. REPORT.AZ/ “Bütün dünyanın mərkəzi banklarında olduğu kimi, Azərbaycan Mərkəzi Bankı (AMB) da valyuta bazarında gedən proseslərə təsir göstərir. Çünki məzənnə pul siyasətinin vacib transmissiya kanallarından və inflyasiyanın vacib amillərindən biridir”. 

"Report" xəbər verir ki, bunu AMB-nin Pul siyasəti Departamentinin direktoru Azər Ələskərov deyib.

Onun sözlərinə görə, ötən ilin əvvəllərində pul kütləsinin azaldılması valyuta bazarında vəziyyətin stabilləşməsində mühüm rol oynayıb: “Ümumiilikdə, 2017-ci ildə manatla pul bazası 8,7% artıb. Tədiyyə balansındakı profisitin 2018-ci il ərzində də davam edəcəyini gözləyirik”.

AMB rəsmisi uçot dərəcəsinə yenidən baxılacağını istisna etməyib: "Bildiyiniz kimi fevralda uçot dərəcəsi azaldılıb. İlin qalan dövründə bizim inflyasiya proqnozlarımızın reallaşmasından asılı olaraq pul siyasəti alətləri üzrə faiz dəhlizi parametrlərinin azaldılmasını mümkün hesab edirik”.

Son xəbərlər

Orphus sistemi