Yuxarı

Azərbaycan Mərkəzi Bankı sterilizasiya tədbirlərini gücləndirir

Azərbaycan Mərkəzi Bankı sterilizasiya tədbirlərini gücləndirir
AMB satışa çıxardığı notların həcmini yenidən artırıb

Bakı. 31 yanvar. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) hərrac yolu ilə yerləşdirmək istədiyi qısamüddətli notların həcmini 2 dəfə artırıb. Bu barədə “Report” Bakı Fond Birjasına istinadən xəbər verir.

Belə ki, qurum fevralın 1-də keçirəcəyi not hərracında 50 mln. manatlıq satış həyata keçirmək niyyətindədir. Halbuki, bu rəqəm yanvarın 26-da keçirilmiş hərracda 25 mln. manat olub.

AMB-nin not hədəfinə yenidən baxması çox güman ki, son hərracda tələbin təklifdən 2,12 dəfə çox – 53 mln. manat olması ilə bağlıdır. Bu, yanvar ayı ərzində ikinci oxşar haldır. Yanvarın 11-də və 18-də təşkil olunmuş hərraclarda 5 mln. manatlıq not satışı planlaşdırılsa da, tələb hər iki hərracda 10 mln. manat təşkil edib. Bundan sonra hərraca çıxarılan notların həcminin artırılmasına – 25 mln. manata çatdırılmasına qərar verilib. 

Onu da qeyd edək ki, AMB depozit hərracında cəlb etmək istədiyi vəsaitin həcmini də artırmaqdadır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi