Azərbaycan Mərkəzi Bankı sığortaçı seçir

Azərbaycan Mərkəzi Bankı sığortaçı seçir Qurum əməkdaşlarının tibbi sığortalanması üçün açıq tender elan edib
Maliyyə
7 Sentyabr , 2017 09:01
Azərbaycan Mərkəzi Bankı sığortaçı seçir
Report

Bakı. 7 sentyabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) əməkdaşlarının tibbi sığortalanması üçün açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 200 manatdır.

İddiaçılar ilkin sənədləri oktyabrın 10-na qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə oktyabrın 19-na qədər AMB-nin Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 90 ünvanındakı inzibati binasına təqdim etməlidirlər. Əlaqələndirici şəxslər qurumun Hüquq departamentinin əməkdaşları Elvin Şirdanov (e-poçt: [email protected], Tel: (012) 493 11 22 (daxili 428)) və İnsan resursları departamentinin əməkdaşı Aynurə Salihovadır (e-poçt: [email protected], tel: (012) 493 11 22 (daxili 225)).

Təkliflərə oktyabrın 20-də, saat 16:00-da qeyd olunan ünvanda keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi