Yuxarı

Azərbaycan Mərkəzi Bankı ötən il valyuta aktivlərinin idarə olunmasından 115 milyon dollar gəlir əldə edib

Mərkəzi Bank valyuta aktivlərinin idarə olunmasından nə qədər qazanıb?

© Report

2018-ci il ərzində qlobal iqtisadi aktivliyin güclənməsi fonunda ABŞ-da pul siyasətinin sərtləşdirilməsi prosesinin davam etdirilməsi və qlobal maliyyə bazarlarında yüksək dəyişkənlik, eləcə də ölkənin tədiyə balansının profisitli olması şəraitində Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarının idarə edilməsinin prinsipi gəlirliyin konservativ maksimallaşdırılması olub.

“Report” xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Valyuta ehtiyatlarının idarə edilməsi üzrə investisiya siyasətinin əsas komponentləri kimi alət diversifikasiyası və ehtiyatların yüksək kredit keyfiyyətinin təmin olunması seçilib. Hesabat dövrünün sonuna rəsmi valyuta ehtiyatlarının 89%-i ABŞ dollarında, 5%-i avroda, 2%-i funt sterlinqdə, 4%-i isə SDR-də (Beynəlxalq Valyuta Fondunun xüsusi borclanma hüquqları) etibarlı maliyyə institutlarında saxlanılıb.

Hesabat dövründə AMB-nin valyuta ehtiyatları 291,1 milyon dollar artaraq dövrün sonuna 5,6 milyard dollar təşkil edib. Qurum valyuta aktivlərinin idarə olunmasından 115,4 milyon dollar gəlir əldə edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi