Azərbaycan Mərkəzi Bankı "Mastercard"la Anlaşma Memorandumu imzalayıb

Azərbaycan Mərkəzi Bankı "Mastercard"la Anlaşma Memorandumu imzalayıb Azərbaycan Mərkəzi Bankı (AMB) və “Mastercard” təşkilatı arasında “2018–2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrası çərçivəsində qarşılıqlı əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb.
Maliyyə
23 May , 2019 18:08
Azərbaycan Mərkəzi Bankı Mastercardla Anlaşma Memorandumu imzalayıb

Azərbaycan Mərkəzi Bankı (AMB) və “Mastercard” təşkilatı arasında “2018–2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrası çərçivəsində qarşılıqlı əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb. 

“Report” bu barədə AMB-yə istinadən xəbər verir. 

İmzalanma mərasimində bildirilib ki, AMB ölkədə rəqəmsal ödənişlərin inkişaf etdirilməsi məqsədilə beynəlxalq kart təşkilatları ilə davamlı olaraq əməkdaşlıq edir. Məhz qeyd olunmuş Dövlət Proqramı da, qurumun strateji tərəfdaşı qismində çıxış etmiş "Mastercard"la birlikdə “Nağdsız Azərbaycan” layihəsi çərçivəsində aparılmış geniş analitik təhlil və bazar araşdırmaları nəticəsində hazırlanıb.

Memorandum çərçivəsində ölkədə innovativ ödəniş alətlərinin tətbiqi, maliyyə savadlılığının artırılması, regionlarda əhali və təsərrüfat subyektlərinin rəqəmsal ödənişlərə stimullaşdırılması istiqamətində tədbirlərin keçirilməsi, kiçik təsərrüfat subyektləri üçün ucuz ödəniş üsullarının tətbiqi, ölkənin ictimai nəqliyyat sistemində, təhsil və turizm sektorunda müasir ödəniş texnologiyalarının istifadə imkanlarının araşdırılması sahələrində əməkdaşlıq ediləcəyi razılığına gəlinib.

AMB ölkədə rəqəmsal ödənişlərin genişləndirilməsi sahəsində beynəlxalq təşkilatların təşəbbüslərini daim dəstəkləyir və bu istiqamətdə ən müasir təcrübənin Azərbaycana gətirilməsini prioritet hesab edir.

Son xəbərlər

Orphus sistemi