Azərbaycan Mərkəzi Bankı hərraca çıxardığı notların 68%-ni sata bilməyib

Azərbaycan Mərkəzi Bankı hərraca çıxardığı notların 68%-ni sata bilməyib Bakı. 4 yanvar. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100167S dövlət qeydiyyat nömrəli, 250 mln. manatlıq, 27 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Maliyyə
4 Yanvar , 2018 16:30
Azərbaycan Mərkəzi Bankı hərraca çıxardığı notların 68%-ni sata bilməyib
Report

Bakı. 4 yanvar. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100167S dövlət qeydiyyat nömrəli, 250 mln. manatlıq, 27 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

“Report” BFB-yə istinadən xəbər verir ki, hərraca 7 investor qiyməti 98,8882 manat (14,99%) – 98,9984 manat (13,48%) olan 9 sifariş təqdim edib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 80 062 300 manat (təklifin 32%-i qədər) olub.

AMB-nin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 98,8882 manat (14,99%), orta ölçülmüş qiyməti isə 98,9222 manat (14,52%) müəyyən edilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 80 062 300 manat təşkil edib.

Notların ödəmə tarixi 31 yanvar 2018-ci ildir.

Son xəbərlər

Orphus sistemi