Azərbaycan Mərkəzi Bankı ev təsərrüfatları ilə bağlı sorğu keçirəcək

Azərbaycan Mərkəzi Bankı ev təsərrüfatları ilə bağlı sorğu keçirəcək Sorğu "Ev təsərrüfatlarının istehlakçı davranışları və niyyətləri" mövzusuna həsr olunub
Maliyyə
28 İyun , 2016 14:17
Azərbaycan Mərkəzi Bankı ev təsərrüfatları ilə bağlı sorğu keçirəcək

Bakı. 28 iyun. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) “Ev təsərrüfatlarının istehlakçı davranışları və niyyətləri” sorğusunun keçirilməsi üzrə xidmətin satın alınması məqsədilə açıq tender keçirir.

"Report"un Tender Komissiyasına istinadən verdiyi xəbərə görə, iddiaçılar tender təklifləri və tender təklifinin bank təminatını avqustun 11-dək, digər tələb olunan sənədləri isə ən geci avqustun 2-dək Mərkəzi Bankın baş ofisinə təqdim etməlidirlər. İddiaçılar tenderə qatılmaq üçün 150 manat məbləğində iştirak haqqı ödəməlidir.

Tender proseduru avqustun 12-də Mərkəzi Bankın inzibati binasında keçiriləcək.

Son xəbərlər

Orphus sistemi