Azərbaycan manatı möhkəmlənə bilər

Azərbaycan manatı möhkəmlənə bilər Elman Rüstəmov: "Manatın məzənnəsi iqtisadi strategiyaya uyğun olmalıdır"
Maliyyə
19 Sentyabr , 2017 13:36
Azərbaycan manatı möhkəmlənə bilər

Bakı. 19 sentyabr. REPORT.AZ/ "Tədiyyə balansı müsbət olarsa, manatın möhkəmlənməsi trendi formalaşa bilər". "Report"un verdiyi xəbərə görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri E.Rüstəmov manatın möhkəmlənməsinin mümkün perspektivləri ilə bağlı jurnalistlərin sualını cavablandırarkən bildirib.

"Manat üzən məzənnə rejimindədir. Tədiyyə balansı müsbət olarsa, manatın möhkəmlənməsi trendi formalaşa bilər. Lakin bunu bazar həll edir. Sadəcə olaraq, hökumət və AMB düşünməlidir ki, bütünlükdə manatın möhkəmlənməsi ölkədə həyata keçirilən iqtisadi strategiyaya nə dərəcədə uyğundur. Burada ixracın dəstəklənməsi və şaxələndirilməsi diqqət mərkəzində olmalıdır", - deyə AMB sədri əlavə edib.

Son xəbərlər

Orphus sistemi