Yuxarı

"Azərbaycan Kredit Bürosu" bütün zəruri lisenziyaları alıb - ƏLAVƏ OLUNUB

"Azərbaycan Kredit Bürosu" bütün zəruri lisenziyaları alıb - ƏLAVƏ OLUNUB

922

Artıq bank və bank olmayan kredit təşkilatları ilə ikitərəfli müqavilələr də imzalanıb
© Report/ Firi Salim — “Azərbaycan Kredit Bürosu” MMC-in baş direktoru Elçin Həbibov

İlk xəbər saat  15:37-də verilib

Bakı. 9 fevral. REPORT.AZ/ “Azərbaycan Kredit Bürosu” MMC fəaliyyətə başlamaq üçün lazımi lisenziyaları əldə edib.

“Report” xəbər verir ki, bunu Büronun baş direktoru Elçin Həbibov deyib.

“Hazırda Büronun mərkəzi ofisinin, texniki platformasının formalaşdırılması prosesi gedir. Bank və bank olmayan kredit təşkilatları ilə ikitərəfli müqavilələr imzalanıb. Bu işlər yekunlaşandan sonra “Azərbaycan Kredit Bürosu” kredit məlumatlarının toplanmasına, təhlilinə başlayacaq”, - deyə o qeyd edib.

E.Həbibovun sözlərinə görə, Büro Maliyyə Bazarlarına Nəzarət Palatası yanında Mərkəzləşdirilmiş Kredit Reyestri (MKR) ilə müqayisədə daha keyfiyyətli xidmətlər göstərəcək. Üstəlik, onun məlumat dairəsi daha geniş olacaq: “Gələcəkdə Büroya məhkəmələrdə olan borc mübahisələri, eləcə də cərimələrlə bağlı məlumatların da ötürülməsi nəzərdə tutulub”.

***

“Azərbaycan Kredit Bürosu” MMC fəaliyyətə başlamaq üçün həm Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP), eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (NRYTN) lisenziyalar alıb. Bunu Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib.

“Büroya texniki baxımdan nəzarəti NRYTN həyata keçirəcək. Burada söhbət fərdi məlumatların toplanması sisteminin tətbiqindən gedir. Amma maliyyə qurumu kimi ona MBNP nəzarət edəcək”, - deyə o, qeyd edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi