Yuxarı
    Bağlamaq

    Azərbaycan iqtisadiyyatında geriləmə dərinləşib

    Bu ilin yanvar-avqust aylarında ölkədə 43,713 mlrd. manatlıq ÜDM istehsal olunub

    Bakı. 15 sentyabr. REPORT.AZ/ Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 43 713,2 mln. manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilib.

    “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,1% azdır.

    Xatırladaq ki, 2017-ci ilin yanvar-iyul aylarının yekununda iqtisadiyyatdakı geriləmə 1% təşkil edib. Başqa sözlə, ÜDM-də azalma səviyyəsi artıb.

    Hesabat dövründə əhalinin adambaşına düşən ÜDM-in həcmi isə 2,1% azalaraq 4 498 manat təşkil edib.

    ÜDM-in 62,75%-i və yaxud 27 431,5 mln. manatlıq hissəsi qeyri-neft sektorunun payına düşüb. Bu, illik müqayisədə 2,4% çoxdur.

    ÜDM-in strukturunda sənayenin payı 56,68% və yaxud 27 774,5 mln. manat təşkil edib. Bu isə illik müqayisədə 6% azdır. Yanvar-avqust aylarında ölkədə 5 953,9 mln. manatlıq qeyri-sənaye məhsulu istehsal olunub ki, bu da ötən ilin 8 ayı ilə müqayisədə 4,3% çoxdur. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi