Yuxarı
    Bağlamaq

    ​Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşunda kreditlərin xüsusi çəkisi 10%-ə yaxınlaşıb

    Cəmi sərmayə qoyuluşunun 9,1%-ini kreditlər təşkil edib

    Bakı. 15 iyul. REPORT.AZ/ Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşlarının strukturunda bank kreditlərinin həcmi ötən ilin eyni dövrünə nisbətən 33,4% artaraq bu ilin yanvar-iyun ayları ərzində 616,0 mln. manata çatıb.

    "Report"un rəsmi statistikaya əsasən verdiyi xəbərə görə, hesabat dövründə ölkə iqtisadiyyatına cəmi sərmayə qoyuluşunun 9,1%-ini kreditlər təşkil edib. Ötən ilin müvafiq dövründə isə kreditlərin cəmi vəsait qoyuluşunda xüsusi çəkisi 4,6% olub.

    Hesabata əsasən, 2016-cı ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 6 769,6 mln. manat vəsait yönəldilib, onun 5 653,8 mln. manatı və ya 83,5%-i məhsul istehsalı obyektlərinin, 836,9 mln. manatı və ya 12,4%-i xidmət sahələri üzrə obyektlərin, 278,9 mln. manatı və ya 4,1-i isə ümumi sahəsi 767,7 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi