Yuxarı
    Bağlamaq

    Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları bu il 8% azalıb

    Report: Aprel ayında azalma daha da sürətlənəcək

    Bakı. 6 may. REPORT.AZ/ Azərbaycan iqtisadiyyatına məcmu kredit qoyuluşlarının həcmi 2016-cı il aprel ayının 1-nə 22 589,7 mln. manat təşkil edib. "Report"un Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, iqtisadiyyata kredit qoyuluşlarının həcmi ilin əvvəlindən 1 991,2 mln. manat və ya 8,1%, martın 1-nə nisbətən isə 728,1 mln. manat və ya 3,12% azalıb.

    İqtisadiyyata kredit qoyuluşları keçən ilin analoji dövrü ilə müqayisədə 73,5 mln. manat və ya 0,3% artıb. Manatın 2015-ci ilin dekabrında baş verən devalvasiyası nəticəsində dollar kreditləri məcmu kredit qoyuluşlarını yanvar ayında artırıb. Lakin fevral və mart aylarında kredit qoyuluşları azalma tendensiyasını davam etdirib. Buna səbəb kimi isə bank sektorunun kreditləşməni dayandırması amili göstərilir.

    "Report"un analitik qrupu 2016-cı ilin aprel statistikasında iqtisadiyyata kredit qoyuluşlarının daha sərt azalacağını ehtimal edir: "Bunun səbəbi aprel ayında manatın məzənnəsinin dollarla müqayisədə möhkəmlənməsi və bankların kreditləşməni bərpa etməməsi ilə bağlıdır. Belə ki, milli valyutanın məzənnəsinin artması dollar kreditlərinin manat ekvivalentində dəyərini aşağı salıb".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi