Yuxarı

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 13% azalıb

Azərbaycan iqtisadiyyatına nə qədər investisiya qoyulub?

Bakı. 18 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında Azərbaycanda iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 868,7 mln. manat və yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,5% az vəsait yönəldilib.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, sərf edilmiş vəsaitin 74,3%-ni bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib. 

Bu azalma neft sektoruna yatırılmış investisiyaların azalması ilə bağlı olub, qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmi isə 1,2%, o cümlədən qeyri-neft sənayesinə qoyulmuş investisiyalar 1,9% artıb. Ümumi sərmayənin 66,7%-i məhsul istehsalı obyektlərinin, 23,1%-i xidmət sahələri üzrə obyektlərin, 10,2%-i isə ümumi sahəsi 130,1 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 66,6%-ni təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 84,1%, əhalinin şəxsi vəsaitləri 5,9%, bank kreditləri 5,1%, büdcə vəsaitləri 4,1%, büdcədənkənar fondların vəsaitləri isə 0,8% təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi