Azərbaycan iqtisadiyyatına 6,6 mlrd. manat xarici investisiya yatırılıb

Azərbaycan iqtisadiyyatına 6,6 mlrd. manat xarici investisiya yatırılıb Xarici sərmayələrin 87%-i 10 ölkənin payına düşür
Maliyyə
14 Oktyabr , 2017 14:31
Azərbaycan iqtisadiyyatına 6,6 mlrd. manat xarici investisiya yatırılıb

Bakı. 14 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 6 603,9 mln. manat vəsait yönəldilib.

Bu barədə “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 5 743,0 mln. manatı və ya 87,0%-i Birləşmiş Krallıq, Türkiyə, Malayziya, İsveçrə, Rusiya, İran, Yaponiya, ABŞ, Çexiya və Norveç sərmayədarlarına məxsus olub.

Qeyd edək ki, 2017-ci ilin yanvar-sentyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 11 090,8 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,0% az vəsait yönəldilib. İstifadə olunmuş vəsaitin 8 615,4 mln. manatı və ya 77,7%-i məhsul istehsalı obyektlərinin, 1 778,7 mln. manatı və ya 16,0%-i xidmət sahələri üzrə obyektlərin, 696,7 mln. manatı və ya 6,3%-i isə ümumi sahəsi 1263,0 min kvadratmetr olan yaşayış evlərinin tikintisinə sərf olunub.

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 40,5%-ni təşkil edib.

Son xəbərlər

Orphus sistemi