Azərbaycan iqtisadiyyatı 1% geriləyib

Azərbaycan iqtisadiyyatı 1% geriləyib Son bir ildə qeyri-neft sektorunda ÜDM 2,3% artıb
Maliyyə
16 İyun , 2017 17:37
Azərbaycan iqtisadiyyatı 1% geriləyib
Report

Bakı. 16 iyun. REPORT.AZ/ Bu ilin yanvar-may aylarında Azərbaycanda 25 338,7 mln. manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,9% azdır.

Hesabat dövründə adambaşına düşən ÜDM isə 2% azalaraq 2 610,3 manata düşüb.

Beş ay ərzində ölkədə istehsal olunmuş əmtəə və xidmətlərin 41,1%-i və yaxud 14 918,5 mln. manatı qeyri-neft sektorunun, o cümlədən 14,4%-i və yaxud 3 638,4 mln. manatı qeyri-neft sənayesinin payına düşüb.

Son bir ildə qeyri-neft sektorunda ÜDM 2,3%, qeyri-neft sənayesində ÜDM isə 3,9% artıb.

Son xəbərlər

Orphus sistemi