Azərbaycan İpoteka Fondunun bu il portfelini 30-40% artacağı gözlənilir

Azərbaycan İpoteka Fondunun bu il portfelini 30-40% artacağı gözlənilir "Fitch": AİF-in səhmdar kapitalı üzrə gəlirliliyi 2017-ci ildə 1,65%-ə düşəcək
Maliyyə
2 Mart , 2017 12:09
Azərbaycan İpoteka Fondunun bu il portfelini 30-40% artacağı gözlənilir

Bakı. 2 mart. REPORT.AZ/ Azərbaycan İpoteka Fondunun (AİF) ipoteka portfelinin 2017-ci il ərzində 30-40% artacağı ehtimal edilir. "Report"un "Fitch" beynəlxalq reytinq agentliyinin proqnozuna istinadən verdiyi xəbərə görə, buna səbəb Fondun 2017-ci ildə 250 mln. manat həcmində vəsait cəlb etməsi olacaq. Belə ki, 2017-ci ildə hökumət AİF-ə büdcədən 50 mln. manatın transferini təsdiq edib. Bununla yanaşı, cari ildə Azərbaycan baş nazirinin sədrlik etdiyi Maliyyə Sabitliyi Şurası AİF-in daha 200 mln. manat həcmində zəmanətli istiqrazın emissiyasına razılıq verib.

"Fitch" bildirir ki, hökumət tərəfindən illik maliyyə transferləri davam etdirilir və 2016-cı ilin sonuna bu ödənişlərin ümumi həcmi 316 mln. manata çatıb. AİF-in emissiya etdiyi 335 mln. manatlıq istiqrazlar emissiyalarının əksər hissəsi isə Mərkəzi Bank (AMB) tərəfindən alınıb.

"Fitch" həmçinin AİF-in səhmdar kapitalı üzrə gəlirliliyin 2017-ci ildə 1,65% təşkil edəcəyini proqnozlaşdırır. 2014-2016-cı illərdə 1,97% olan bu göstəricinin AİF-in 2016-cı ildən gəlir vergisi ödəyicisinə çevrilməsi ilə əlaqədar olaraq azalacağı bildirilir.

Son xəbərlər

Orphus sistemi