​Azərbaycan İpoteka Fondu tender elan edib

​Azərbaycan İpoteka Fondu tender elan edib Məlumata görə, ikinci tender üzrə isə ilkin sənədlər aprelin 16-dək, təklif zərfləri isə aprelin 29-dək qəbul ediləcək
Maliyyə
29 Mart , 2015 17:41
​Azərbaycan İpoteka Fondu tender elan edib

Bakı. 29 mart. REPORT.AZ/ Mərkəzi Bank nəzdində Azərbaycan İpoteka Fondu (AİF) 2 tender elan edib. Bu barədə "Report"a AİF-in Satınalmalar Komissiyasından məlumat verilib. 

Tenderlərdən biri informasiya texnologiyaları sistemlərinin auditinin həyata keçirilməsi üzrə xidmətlərin alınması, digəri isə vebsəhifəsinə texniki və tərcümə işləri üzrə illik dəstək xidmətinin göstərilməsi üçün elan edilib. 

Məlumata görə, birinci satınalma üzrə ilkin sənədlər aprelin 15-dək, təklif zərfləri isə aprelin 28-dək, ikinci tender üzrə isə ilkin sənədlər aprelin 16-dək, təklif zərfləri isə aprelin 29-dək qəbul ediləcək.

Audit xidmətlərinin göstərilməsi ilə bağlı elan edilmiş tender üçün qəbul edilmiş zərflərin aprelin 29-da, digər satınalma xidməti üzrə zərflərin isə aprelin 30-da AİF-in Bakı şəhəri Bül-bül pr. 40 ünvanında yerləşən inzibati binasında saat 15:00-da açılacağı deyilir.

Son xəbərlər

Orphus sistemi