Azərbaycan İpoteka Fondu daha 25 mln. manatlıq istiqraz yerləşdirməyə hazırlaşır

Azərbaycan İpoteka Fondu daha 25 mln. manatlıq istiqraz yerləşdirməyə hazırlaşır Sentyabrın 28-də Bakı Fond Birjasında fondun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
Maliyyə
22 Sentyabr , 2017 16:14
Azərbaycan İpoteka Fondu daha 25 mln. manatlıq istiqraz yerləşdirməyə hazırlaşır

Bakı. 22 sentyabr. REPORT.AZ/ Sentyabrın 28-də Bakı Fond Birjasında (BFB) "Azərbaycan İpoteka Fondu" ASC-nin (AİF) 25 mln. manatlıq, adlı, sənədsiz, faizli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

“Report” AİF-ə istinadən xəbər verir ki, istiqrazlar 1 001,67 manat qiyməti ilə satışa çıxarılacaq.

Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Fondun istiqrazlarının baza emissiya prospektini bu il avqustun 16-da dövlət qedyiyyatına alıb. Emissiyanın ümumi məbləği 100 mln. manat, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqrazların illik faiz dərəcəsi isə 3% təşkil edir. Yerləşdirmənin anderrayteri qismində “PAŞA Kapital” investisiya şirkəti çıxış edir. 

Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə BFB vasitəsi ilə keçirilir. Depozitari və Sərəncamçı xidmətlərini Milli Depozit Mərkəzi göstərir.

Son xəbərlər

Orphus sistemi