Azərbaycan hökuməti "Azər-Türk Bank"dakı payını kəskin artırır

Azərbaycan hökuməti "Azər-Türk Bank"dakı payını kəskin artırır Türkiyənin "Zıraat Bankası" bankdakı payını satır
Maliyyə
2 Noyabr , 2016 12:48
Azərbaycan hökuməti Azər-Türk Bankdakı payını kəskin artırır

Bakı. 2 noyabr. REPORT.AZ/ Türkiyənin "Zıraat Bankası" "Azər-Türk Bank" ASC-dəki payını Azərbaycan hökumətinə satır. "Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə "Zıraat Bankası"nın baş direktoru Hüseyn Aydın məlumat verib.

O, bu istiqamətdə iş getdiyini, alqı-satqı prosesinin yaxın günlərdə tamamlanacağını deyib.

Xatırladaq ki, "Azər-Türk Bank" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Bankın səhmlərinin 75%-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,37%-i "Zıraat Bankası"na, 1,08%-i "Zıraat Bank İnternational"a, 6,55%-i "AzRe Təkrarsığorta" ASC-yə, 5%-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.

H.Aydın alqı-satqı prosesinin "Zıraat Bank İnternational"ı əhatə edib-etməyəcəyi barədə heç nə deməyib. Bununla belə, təkcə "Zıraat Bankası"nın payının satılması Azərbaycan hökumətinin "Azər-Türk Bank"dakı payının 87%-i keçməsi deməkdir. 

Son xəbərlər

Orphus sistemi