Yuxarı

Azərbaycan ​Hesablama Palatası 10 mln. manatdan çox büdcə vəsaitinin bərpasını təmin edib

Ötən il Palata həm də debitor və kreditor borcların uçota götürülməsi və ləğvi istiqamətində tədbirləri davam etdirib

Bakı. 30 aprel. REPORT.AZ/ Bu ilin iş planına uyğun başa çatdırılmış və qərar qəbul olunmuş nəzarət tədbirləri üzrə dövlət büdcəsinin gəlirləri ilə bağlı 4 496,1 min manat, xərcləri ilə bağlı 4 170,0 min manat məbləğində vəsait, həmçinin 39,5 min avro dövlət büdcəsinə bərpa edilib. “Report” xəbər verir ki, bu barədə Azərbaycan Hesablama Palatasının 2015-ci ildəki fəaliyyəti haqqında hesabatda göstərilib.

Əvvəlki illər üzrə aparılmış nəzarət tədbirləri ilə bağlı həyata keçirilmiş tədbirlərin nəticəsi olaraq Hesablama Palatası tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada Baş Prokurorluğa göndərilmiş materiallar üzrə 1 055,0 min manat, digər tədbirlər üzrə isə 565,6 min manat və 20,7 min avro məbləğində vəsaitin bərpası təmin edilib.

Beləliklə, ötən il həyata keçirilmiş nəzarət tədbirlərinin nəticəsi olaraq 10 286,7 min manat və 60,2 min avro məbləğində vəsait müvafiq qaydada bərpa edilib.

Hesabat ilində dövlət büdcəsinə vəsaitlərin bərpası ilə yanaşı 377,8 min manat məbləğində maliyyələşmənin azaldılmasına nail olunub ki, bu da dövlət vəsaitlərinin qənaətli istifadəsini təmin edib.

Palatanın verdiyti məlumata görə, 2015-ci ilin nəzarət tədbirləri nəticəsində təmir-tikinti və yenidənqurma işləri üzrə və digər çatışmazlıqlarla bağlı yol verilmiş nöqsanlar üzrə artıq ödənilmiş vəsaitlərin dövlət büdcəsinə bərpası ilə yanaşı, müvafiq olaraq 1 663,4 min manat məbləğində iş və xidmətlərin görülməsi həyata keçirilib və 1 718,0 min manat məbləğində inventar və materialların natura şəklində bərpası təmin olunub.

Qeyd edilən dövrdə Palata həm də debitor və kreditor borcların uçota götürülməsi və ləğvi istiqamətində tədbirlərin davam etdirildiyini açıqlayıb: “Lüzumsuz borcların aradan qaldırılması ilə bağlı həyata keçirilən tədbirlər nəticəsində debitor borclardan 6 560,5 min manat məbləğində borcun uçota götürülməsinə və 57 964,3 min manat borcun isə bağlanılmasına, kreditor borclardan isə 1 521,1 min manat məbləğində borcun uçota götürülməsinə, 85,0 min manat borcun ləğv edilməsinə, 667,7 min manat borcun bağlanılmasına nail olunub. Əlavə olaraq 200,1 mln. manat məbləğində əsas vəsaitin, 354,0 min manat məbləğində materialın uçota götürülməsi təmin olunub, həmçinin, əsas vəsaitlərin balans dəyəri 2 816,0 min manat azaldılıb”.

Bundan əlaəvə, ötən il mənzil-kommunal təsərrüfatı fəaliyyəti ilə bağlı aparılmış nəzarət tədbirlərinin nəticəsi kimi hesabat ilində audit obyektləri üzrə mənzil fondunun zərəri 1 164,8 min manat azaldılıb. Qeyd edilən tədbirlərlə yanaşı, 2015-ci ildə 271 ştat vahidinin azaldılması təmin olunub.

Bu tədbirlərlə yanaşı hesabat ilində həyata keçirilmiş nəzarət tədbirlərinin nəticəsi olaraq maliyyə-kredit təşkilatı tərəfindən dövlət büdcəsinə köçürülməyən 5 605,1 min manat məbləğində vəsait aşkar edilib və bununla bağlı aidiyyəti mərkəzi icra hakimiyyəti orqanına müraciət olunub.

Eyni zamanda, 2 353,0 min manat və 10 317,9 min ABŞ dolları məbləğində vəsaitin dövlət zəmanəti ilə alınan borcların Təminat Fonduna bərpa olunması məqsədi ilə “Dövlət zəmanəti ilə alınan borcların Təminat Fonduna bərpa edilməsi haqqında Müqavilə”nin bağlanılmasının təmin edilməsi üçün müvafiq təqdimat verilib.

Dövlət büdcəsinin gəlirləri ilə bağlı nəzarət tədbiri üzrə təqdim edilmiş məlumatlara görə, dövlət büdcəsinə olan 1 025,3 min manat vergi borcunun ödənilməsi təmin olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi