Yuxarı

Azərbaycan Gürcüstanın 4-cü əsas ticarət partnyorudur

Azərbaycan Gürcüstanın 4-cü əsas ticarət partnyorudur

46

Gürcüstan 2017-ci ildə 2,7 mlrd. dollarlıq mal ixrac edib

Bakı. 23 yanvar. REPORT.AZ/ Azərbaycan 2017-ci ildə Gürcüstanın əsas ticarət partnyorları siyahısında 4-cü sırada qərarlaşıb.

"Report" "Vestifinance.ru" saytına istinadən xəbər verir ki, Gürcüstanın əsas ticarət partnyoru məcmu xarici ticarət dövriyyəsində 14,8% xüsusi çəkiyə sahib olan Türkiyədir. İkinci sırada 11,2%-lə Rusiya, daha sonra 8,8%-lə Çin yer alır. Azərbaycan isə 8,2%-lə Gürcüstanın 4-cü ən iri ticarət partnyorudur.

Gürcüstanın ən çox ixrac etdiyi ölkələr arasında ilk sıranı Rusiya alıb. Bu ölkəyə ixrac 2017-ci ildə 91,2% artaraq 394,7 mln. dollar təşkil edib.

Ümumiyyətlə, Gürcüstan 2017-ci ildə 2,72 mlrd. dollarlıq ixrac həyata keçirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi