Bakı. 23 dekabr. REPORT.AZ/ Azərbaycanın 2015-ci il dövlət büdcəsində valyuta konvertasiyası əməliyyatlarına 11,113 mln. manat həcmində vəsaitin xərclənməsi nəzərdə tutulub. Bu isə 2014-ci ilin analoji proqnozu ilə müqayisədə 36,5% və ya 6,379 mln. manat azdır.
"Report"un verdiyi xəbərə görə, bu barədə dövlət başçısının "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında" qanunun tətbiqi barədə fərmanında bildirilir.
Həmçinin təsdiqlənən gələn ilki büdcədə Azərbaycanın beynəlxalq kredit reytinqinin müəyyən olunması və digər işlərin qiymətləndirilməsi üçün ekspertlərin cəlb edilməsinə 2,951 mln. manatın xərclənməsi nəzərdə tutulub. Bu isə cari ilin proqnozuna nisbətən 5,3% və ya 149,6 min manat çoxdur.