Yuxarı
    Bağlamaq

    Azərbaycan-Fransa hökumətlərarası komissiyasının iclası Parisdə keçiriləcək

    ​Maliyyə naziri Samir Şərifov Fransanın xarici ticarət, turizmin inkişafı və xaricdəki fransızlarla iş üzrə dövlət katibi ilə görüşüb

    Bakı. 6 iyul. REPORT.AZ/ Azərbaycanın maliyyə naziri Samir Şərifov Bakıda səfərdə olan Fransanın xarici ticarət, turizmin inkişafı və xaricdəki fransızlarla iş üzrə dövlət katibi, Azərbaycan-Fransa Hökumətlərarası iqtisadi Komissiyasının həmsədri Matias Feklin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

    "Report"un Maliyyə Nazirliyinə istinadən verdiyi xəbərə görə, S.Şərifov iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu, Fransa şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini vurğulayıb. O, qarşılıqlı səfərlərin ölkələr arasında münasibətlərin inkişafına mühüm töhfə verdiyini bildirib.

    Azərbaycan-Fransa Hökumətlərarası Komissiyasının növbəti iclasının Parisdə keçiriləcəyini qeyd edən M.Fekl iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu ifadə edib.

    Görüşdə qarşılıqlı maraq doğuran iqtisadi və digər sahələrlə bağlı ətrafında fikir mübadiləsi aparılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi