Yuxarı

Azərbaycan fond bazarı kəskin azalıb

Dövlət qiymətli kağızlar bazarı 13 dəfə artıb, borc alətləri bazarı isə 24 dəfə azalıb

Bakı. 6 may. REPORT.AZ/ Cari ilin yanvar-aprel ayları ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən əqdlərin ümumi həcmi 999 521 382,18 manat təşkil edib.

"Report"un Birjaya istinadən verdiyi xəbərə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə kəskin azalma (-5,72 dəfə) müşahidə olunub. Ötən ilin müvafiq dövründə bu göstərici 5 713 882 793,11 manat olub.

Hesabat dövründə dövlət qiymətli kağızlar bazarı 12,85 dəfə artaraq 14 914 881,15 manatdan 191 607 749,21 manata çatıb. Pay bazarı 17,12 dəfə azalaraq 101 084 299,79 manatdan 5 904 405,74 manata, borc alətləri bazarı isə 24 dəfə azalaraq 716 263 017,73 manatdan 29 858 079,09 manata enib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi